Şahzadə Ərdoğana şərt qoydu - “Bu mövzuda danışma“ - ednews.net

22 Yanvar, Şənbə

Şahzadə Ərdoğana şərt qoydu - “Bu mövzuda danışma“

Dünya A- A A+

Səudiyyə vəliəhdi Türkiyə prezidenti qarşısında şərt qoyub.

EDNews.net "Wall Street Journal"a istinadla xəbər verir ki, şahzadə Məhəmməd bin Salman Rəcəb Tayyib Ərdoğandan mərhum jurnalist Camal Xaşuqcinin bir daha xatırlamayacağına dair vəd verməsini tələb edib.

ABŞ nəşri adı çəkilməyən bölgə rəsmilərinə istinadən yazıb: "Səudiyyə vəliəhdi Ərdoğan qarşısında bundan sonra Xaşuqcinin öldürülməsi məsələsini gündəmə gətirməyəcəyi və Türkiyə mediasının bu barədə yazmanı dayandıracağı şərti qoyub”.

“Növbəti görüş regionun iki böyük iqtisadiyyatı arasında münasibətlərə xələl gətirən problemləri aradan qaldırmaq üçün bir fürsətdir”, - deyə hesabatda qeyd olunur.

Türkiyə prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin dəvəti ilə gələn ay Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.

Bu addım iki ölkə arasında 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda baş vermiş qətldən sonra yaranan gərginliyi aradan qaldırmaq yönündə ilk cəhddir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...