Özbəkistan Əfqanıstandan qaçırılan helikopterləri geri qaytarmağa çalışır - ednews.net

28 Yanvar, Cümə

Özbəkistan Əfqanıstandan qaçırılan helikopterləri geri qaytarmağa çalışır

Dünya A- A A+

Özbəkistanın yeni hakimiyyəti qonşu ölkələrdən qaçırılan helikopterləri geri qaytarmağa çalışır.

Bunlar Kabilin süqutundan sonra əfqan hərbçilərin xaricə qaçdığı təyyarələrdir.

EDNews.net-in TOLOnews-a istinadən verdiyi məlumata görə, “Taliban” sözçüsü İnamulla Samanqani bildirib ki, 40-dan çox helikopter qonşu ölkələrə, xüsusən də Özbəkistan və Tacikistana qaçırılıb.

Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Enayatulla Xorəzmi isə öz növbəsində bildirib ki, Mərkəzi Asiya ölkələrinin hakimiyyət orqanları Əfqanıstan tərəfinin onların geri qaytarılması ilə bağlı müraciətlərini hələ də təmin etməyib.

Eyni zamanda, bundan əvvəl hərbçilər tərəfindən xaricə qaçırılan bir neçə təyyarənin artıq Əfqanıstana təhvil verildiyi bildirilib.

Konkret.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...