Rusiyalı məşhur jurnalist Vladimir Solovyov geniş müzakirələrə səbəb olan paylaşımı ilə diqqət çəkib.
Teleaparıcının “İnstagram” hesabından paylaşdığı fotoda hərbi geyimin üzərində bu sözlərin yazıldığı öz əksini tapıb:
“Sakit olun və rusları gözləyin”.
Bundan əlavə, Solovyov fotonun açıqlama hissəsində “Hər hansı qeyri-müəyyən situasiyada sakit olun və rusları gözləyin”, - deyə qeyd edib.