Qırğızıstan Qazaxıstana nota verib - ednews.net

24 Yanvar, Bazar ertəsi

Qırğızıstan Qazaxıstana nota verib

Dünya A- A A+

Qırğızıstan hakimiyyəti Bişkekdəki Qazaxıstan səfirliyinə etiraz notası göndərib.

EDNews.net xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Notaya səbəb məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun bu ölkənin hakimiyyət orqanları tərəfindən saxlanmasıdır.

Buna etiraz olaraq Bişkek sakinləri Qazaxıstan səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Qazaxıstan hakimiyyətindən qırğız musiqıçinin azadlığa buraxılmasını tələb ediblər.

Mitinqdə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev iştirak edib.

Ruzaxunovun saxlanmasına Qırğızıstan Daxili İşlər Nazirliyi (DİN) də münasibət bildirib. Şöbə musiqiçinin tez-tez Almatıya qastrol səfərinə getdiyini və Yeni il ərəfəsində bu şəhərə dəvət edildiyini bildirib. Ruzaxunov dekabrın 16-da bilet alıb və yanvarın 2-də saat 20:00-da yola düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...