BƏƏ-nin tanker təyyarəsinə İsrail sistemləri inteqrasiya olunacaq - ednews.net

17 Yanvar, Bazar ertəsi

BƏƏ-nin tanker təyyarəsinə İsrail sistemləri inteqrasiya olunacaq

Dünya A- A A+
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin “Elbit Systems” şirkətindən A330 MRTT tanker təyyarələri üçün infraqırmızı əks-tədbir sistemi (DIRCM) və radioelektron mübarizə vasitələri alacaq.

EDNews.net xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

BƏƏ A330 MRTT-nin alınması ilə tanker təyyarələri parkını gücləndirməyə davam edir. Yeni qərara əsasən, BƏƏ daha iki A330 MRTT sifariş edib, tanker parkındakı təyyarələrin sayını 5-ə çatdırıb.

“Elbit System” yaydığı məlumatda BƏƏ-nin əhəmiyyətli bir bazar olaraq görüldüyü, imzalanan müqavilənin şirkətin bu sahədə təklif etdiyi həllərin texnoloji üstünlüyü və yetkinliyini daha çox vurğuladığı bildirilir.

53 milyon dollar dəyərində olan müqavilənin icra müddəti 5 il olacaq. Müqavilə çərçivəsində “Elbit Systems” tərəfindən istehsal edilən “J-MUSIC” sistemi çatdırılacaq.

İsrail şirkətinin DIRCM sistemləri bu günə qədər 25-dən çox təyyarədə 350.000 uçuş saatı yerinə yetirib.

DIRCM infraqırmızı axtarış başlığı olan sursatların başlıqlarını sıradan çıxaran əks-tədbir sistemidir.

BƏƏ ilk dəfə 2008-ci ildə üç A330 MRTT sifariş edib və 2013-cü ildə üç təyyarə alıb. A330 MRTT tanker təyyarələri 12 ölkə tərəfindən istifadə olunur. Proqram başlayandan istehsal edilən təyyarələrin sayı 60-ı ötüb. Mülki A330 modeli üzərində hazırlanmış MRTT dünya üzrə bir çox müştərini cəlb etməklə yanaşı, çox funksiyalı imkanları ilə diqqəti cəlb edir.

Təyyarənin hazırkı istifadəçiləri arasında Avstraliya, Fransa, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, BƏƏ və Böyük Britaniya kimi ölkələrin Hərbi Hava Qüvvələri var. Təyyarə NATO tərəfindən də fəal şəkildə istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...