Putin Kasım-Jomart Tokayevə “Kemel Jormartoviç” dedi - Konfuz yoxsa aşağılamaq? - VİDEO - ednews.net

24 Yanvar, Bazar ertəsi

Putin Kasım-Jomart Tokayevə “Kemel Jormartoviç” dedi - Konfuz yoxsa aşağılamaq? - VİDEO

Dünya A- A A+

Rusiya prezidenti Vladimir Putin bu gün KTMT-nin videokonfrans formatında keçirilən sammitindəki çıxışı zamanı Qazaxıstan prezidentinin adını səhv deyib.

EDNews.net xəbər verir ki, Putin çıxışına Qazaxıstan xalqına başsağlığı verməklə başlayıb və bu zaman ölkə prezidenti Qasım-Jomart Tokayevi “Kemel Jomartoviç Tokayev” adlandırıb. (Əslində Qazaxıstan prezidentinin atasının adı Kemeldir, - red.)

Maraqlıdır ki, Putinin bu yanılmasına Qazaxıstan prezidentinin reaksiyası birbaşa efirdə yayılıb: Tokayev sifətinə anlaşılmazlıq ifadəsi verib, amma özünü elə göstərməyə çalışıb ki, heç nə olmayıb.

Jurnalistlər xatırladır ki, ötən ilin dekabrında keçirdiyi illik mətbuat konfransında Putin Qazaxıstanın indiki və keçmiş rəhbərləri haqda danışarkən Nazarbayevin ad, soyad və atasının adını tam deyib, Tokayevi isə sadəcə olaraq “yeni prezident” adlandırıb və onun nə adını, nə soyadını çəkməyib.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...