“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb”.
EDNews.net xəbər verir ki, bunu KTMT sülhməramlıları kontingentinin komandanı, general-polkovnik Andrey Serdükov söyləyib.
O, sülhməramlıların qısa müddətdə vətəndaşların təhlükəsizliyini təmin etdiyini, vəziyyətin sabitləşməsinə yardımçı olduğunu və həyati vacib obyektlərin fasiləsiz işləməsini təmin etdiyini vurğulayıb.