Qazaxıstanın keçmiş rəhbəri Nursultan Nazarbayevin kiçik qızı Aliyə “Facebook” səhifəsindən xalqa müraciət edib.
EDNews.net xəbər verir ki, keçmiş prezidentin qızı atasına dəstəyə görə insanlara minnətdarlığını bildirib.
"Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə seyr edirəm. Qurbanlar və həlak olan insanlar üçün ağrı və təəssüf hissini ifadə etməyə söz yoxdur. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Ümid edir ki, bu “ağır dərs” ölkə tarixində sonuncu olacaq”.
Qeyd edək ki, Qazaxıstanda baş verən iğtişaşlar zamanı keçmiş prezident Nursultan Nazarbayev ölkəni tərk etmişdi.