Qazaxıstanda əhaliyə yardım məqsədilə sosial fond yaradılıb.
EDNews.net xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin tapşırığı ilə “Qazaxıstan xalqı” üçün ictimai sosial fondu yaradılıb, ona əvvəllər maliyyə naziri olmuş tanınmış maliyyəçi Bolat Jamişev rəhbər təyin edilib.
Xatırladaq ki, yanvarın 11-də parlamentdə çıxış edən Tokayev səhiyyə, təhsil və sosial dəstək sahəsindəki problemlərlə məşğul olacaq “Qazaxıstan xalqı üçün ictimai sosial fond"un yaradılmasını tapşırıb. Fond özəl və dövlət mənbələrindən formalaşacaq. Tokayev hesab edir ki, iri bizneslər və varlılar, hətta beynəlxalq standartlara görə vətəndaşlar da fonda müntəzəm olaraq kömək etməlidirlər.