ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ və NATO Rusiya ilə qarşılıqlı dialoqun davam etdirilməsinə hazırdır.
EDNews.net "Tass"a istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Entone Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Hər iki tərəf telefon danışığında Rusiya-Qərb diaoloqu üçün atılıcaq növbəti addımları müzakirə ediblər.
ABŞ Dövlət Departmentinin sözçüsü Ned Prays açıqlamasında ABŞ və NATO - nun Rusiya ilə yenidən görüşlərə hazır olduğunu, o cümlədən ikitərfli və qarşılıqlı danışıqların davam etdirilməsinə sadiq olduğunu da bildirib.
Qeyd edək ki, 2021-ci ilin dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Rusiya arasında təhlükəsizlik zəmanətləri, eləcədə Rusiya və NATO-ya üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı saziş sənədini açıqlayıb. Bu məsələləri ilə əlaqədar yanvarın 10-da Genevrə şəhərində ABŞ və Rusiya rəsmiləri, yanvarında 12-də Rusiya və NATO rəsmiləri, və yanarın 13-də isə ATƏT -in Daimi Şurasının sessiyası çərvəsində Rusiya və Avropa rəsmiləri arasında danışıqlar aparılıb.