Rusiyanın Stavropol vilayətində güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan edilib.
EDNews.net xəbər verir ki, bunu Stavropol qubernatoru Vladimir Vladimirov deyib.
Məlumata görə, güclü külək Stavropolda 35 min nəfəri işıqsız qoyub. Stavropol və Mixaylovsk şəhərlərində 100-dən çox ağac aşıb, 26 tikilinin dam örtüyünə zərər dəyib.