ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb - ednews.net

28 Yanvar, Cümə

ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb

Dünya A- A A+

ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb.

EDNews.net “Amerikanın səsi”nə istinadən xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb.

“Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”, - ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...