Rusiyanın ABŞ-dakı səfirliyi Ukraynaya müdaxilə ilə bağlı bəyanatlara münasibət bildirib.
EDNews.net "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfirliyi öz Facebook səhifəsində Ağ Ev və Pentaqonun Rusiyanın Ukraynaya gözlənilən müdaxiləsi və buna bəhanə axtarması ilə bağlı bəyanatlarını şərh edib. Səfirlik qeyd edib ki, ABŞ administrasiyasının nümayəndələri mümkün təxribatların ssenarilərini və onların tarixlərini ətraflı təsvir edir, lakin sübut təqdim etmirlər.