NASA astronavt çatışmazlığını elan edib - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

NASA astronavt çatışmazlığını elan edib

Dünya A- A A+

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb.

EDNews.net xəbər verir ki, bu barədə qurumun ofisinin hesabatına istinadən “Futurism” nəşri məlumat yayıb.

Məlumata görə, mütəxəssislərin belə azalması 2000-ci ildən müşahidə edilir.

Qeyd edilir ki, bu vəziyyət ABŞ-da narahatlıq doğurur, çünki NASA daha əvvəl uçuş proqramları ilə bağlı iddialı planlar açıqlayıb.

Sənəddə yaxın illərdə astronavtların sayının artmayacağı bildirilir. Mütəxəssislərin əksəriyyəti təqaüd yaşına çatıb və qurum hələ ki, yeni işçiləri işə götürə bilməyib.

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...