Ehtimal edilən Rusiya-Ukrayna müharibəsi: kim qalib gələcək?

Dünya 15:49 17.01.2022

Ötən həftə ABŞ-Rusiya və NATO-Rusiya Şurasının toplantısı keçirildi. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olundu. Amma danışıqlar nəticəsiz başa çatdı. Başqa sözlə, tərəflər bir-birinin şərtlərini qəbul etmədi.

Rəsmi Vaşinqton Moskva qarşısında Ukrayna ərazilərinin azad edilməsini, bu ölkə sərhədləri yaxınlığında topladığı qoşunları kazarmaya qaytarmasını, NATO-dakı müttəfiqlərini təhdid etməməsini və bu kimi tələblər irəli sürüb. Rusiya isə ABŞ və NATO-dan təhlükəsizliyinə təminat, keçmiş sovet respublikalarında fəaliyyətini genişləndirməmək, ilk növbədə, Ukrayna və Gürcüstanı Alyansa üzv qəbul etməməsini istəyir. ABŞ, NATO və Rusiya - hər üç tərəf Ukrayna, genişlənmə, Avropanın təhlükəsizliyi məsələsini özü üçün qırmızı xətt elan edib. Buna tərəflərin maraqlarının toqquşduğu xətt də demək olar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onlar qoşunlarını öz ərazilərindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil. Danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibinin birinci müavini Vendi Şerman isə qeyd edib ki, öz yolunu seçmək hər dövlətin suveren hüququdur. Yaxın tarixə nəzərə salaq. Suverenliyi müdafiə edən dövlətlərin hüquqları bu tezisi irəli sürənlər tərəfindən necə qorunur?

Ukraynada 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-dək davam edən Maydan hərəkatından sonra 2014-cü ilin mart ayının əvvəllərindən etibarən Ukraynanın Donetsk və Luqansk vilayətlərində rusiyayönümlü qruplaşmaların fəaliyyəti nəticəsində regionda separatçılar baş qaldırdı və tanınmayan iki “respublika” elan olundu. İndiyədək Rusiyanın onlara yardımı və dəstəyi davam edir. Qərb dövlətlərinin rəsmiləri isə bu hadisələri Ukraynanın Rusiya tərəfindən "görünməz işğalı" kimi təqdim edib bəyanat verməklə kifayətləndi. Rusiya Krım yarımadasını tarıxdə üçüncü dəfə ilhaq etdi. Qərb bloku yenə oxşar bəyanatlar səsləndirib, Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Ukraynanın ərazi bütövlüyünün pozulmasından isə artıq 8 ilə yaxın vaxt ötüb. Ukraynanın ərazi bütövlüyü bərpa olunub? Onun Avropaya inteqrasiyası təmin edilib? Xeyr. Çünki Qərb problemi olan dövlətləri özünə birləşdirmir. Eləcə də problemi və ya münaqişəsi olan dövlətlərdən daha çox rəqiblərinə, xüsusilə Rusiyaya qarşı vasitə olaraq istifadə edir. ABŞ və onun Qərbdən olan müttəfiqləri bu kimi hallarda qarşı tərəflə hibrid müharibəsi aparır. 8 ildir Krımsız və Donbassız qalan Ukraynaya müxtəlif istiqamətlərdə yardımlar edilsə də, əsas məsələ öz həllini tapmayıb. Oxşar hadisə Gürcüstanda da baş verib. Bu ölkənin Avropa İttifaqı və NATO üzvlüyünə qəbul olunacağı vədləri verilir. Nəticədə isə Gürcüstan öz ərazilərini itirir. Rusiya Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıyır.

Yeri gəlmişkən, Qərb blokunun lideri ABŞ 1992-ci ildə öz torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycana “Azadlığı müdafiə aktı”na 907 saylı düzəlişlə sanksiya tətbiq etdi. Suverenliyi və ərazi bütövlüyünü qoruyan, yenicə müstəqilliyini bərpa edən, demokratik inkişaf yolunu seçən Azərbaycan hakimiyyəti ABŞ-ın yardımlarından məhrum oldu. İndi Azərbaycan torpaqları işğaldan azad edilib. Ancaq Qərb hələ də erməni separatçılarına müxtəlif şəkildə yardımlar edir, onların təmsilçiləri ilə görüşür.

Deməli, 2008-ci ildə Gürcüstanın Rusiya ilə müharibəyə təhrik edilməsi münaqişənin daha da dərinləşməsinə və ərazilərin mərkəzi hakimiyyətdən bir az da aralanmasına təkan verdi. Belə çıxır, indi növbə Ukraynanındır. Qərb, o cümlədən NATO Ukraynaya görə Rusiya ilə müharibə etməyəcəyini bildirir. Buna əsas kimi isə Ukraynanın NATO-nun üzvü olmamasını göstərir. Rəsmi Kiyev isə üzvlüyə qəbul olunmaqla Rusiyadan qorunacağını bildirir. ABŞ və Qərb bloku Rusiyanın şərtlərini qəbul etmədiyi kimi, Ukraynanın suveren seçiminə də müsbət cavab verməyib. Deməli, burada əsas məsələ böyüklərin marağıdır. Suveren seçimdən, beynəlxalq hüquqdan çıxış edənlər isə vasitədir. Belə çıxır, Qərb Ukrayna ilə Rusiya arasında müharbəni qızışdırmaqla marağını təmin etmək istəyir. Bunun üçün də Ukraynaya yardımlar edir. Rusiya isə bunlardan qıcıqlanaraq Ukrayna ilə sərhədböyu ərazilərə əlavə qüvvə yeridir, təlimlər keçirir. Belə şərait isə Ukrayna iqtisadiyyatını riskli vəziyyətə salır. Ölkə iqtisadiyyatı böhrana sürüklənir və yardımlara möhtac vəziyyətə salınır. Ukrayna ilə müharibə heç Rusiyaya da uğur gətirməz. Bu, Federasiyaya qarşı genişmiqyaslı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnər.

Yekun olaraq, Ukrayna və Rusiya arasında ehtimal olunan müharibədən qalib üçüncü tərəf çıxacaq. Ukrayna bütövlükdə Qərbdən asılı vəziyyətə, Rusiya isə dağılmış, zəif düşmüş hala düşə bilər. Belə şəraitdə çıxış yolu hikkə və inad deyil, qanunlar və qaydalarla mümkündür. 1994-cü il dekabrın 5-də imzalanan Budapeşt memorandumuna əsasən, Rusiya, ABŞ və Böyük Britaniya Ukraynanın təhlükəsizliyinə təminat veriblər. Çin və Fransa da bu sənədə sonradan uyğun bəyanatlarla qoşulub. Oxşar sənəd Belarus və Qazaxıstanla da bağlı qəbul olunub. Ukrayna, Qazaxıstan və Belarus ərazilərindəki nüvə başlıqlarını təhvil verərək dünya “beşliyi” tərəfindən təhlükəsizliklərinə təminat almışdı. Ancaq Ukrayna, Belarus və Qazaxıstanda baş verənlərdən belə görünür ki, bu ölkələrin təhlükəsizliyindən daha çox Rusiya “narahatdır”.

Yeri gəlmişkən, İraq və Suriya Qərbin maraqlarının təmin olunması və həmin ölkələrdə bu maraqlara xidmət edəcək yeni quruluşların yaranması üçün mövcud hala salınıb.

Nəhayət, “beşliyin” iştirak etdiyi münaqişələr həll olunmadığı kimi, heç bir dövlətə də xeyir gətirməyib.

Sədrəddin Soltan

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Hamısı