Bu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcək - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Bu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcək

Dünya A- A A+

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

EDNews xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminsitrasiyasından bildirilib.

Məlumata görə, toplantıda Ankaranın Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni emissar Ruben Rubinyanla ilk görüşünün nəticələri və bundan sonra atılacaq addımlar müzakirə ediləcək.

Bildirilib ki, Türkiyə iqtisadiyyatının vəziyyəti hökumətin iclasında əsas müzakirə mövzusu olacaq. Dekabrın 20-dən sonra maliyyə-iqtisadi sahədə görülən tədbirlər və bunun sonucları nəzərdən keçiriləcək.

Qeyd edək ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...