“Emirates” aviaşirkəti (Birləşmiş Ərəb Əmirlikləri) çərşənbə axşamı elan edib ki, “5G mobil şəbəkənin tətbiqi ilə bağlı narahatlığa görə” yanvarın 19-dan etibarən ABŞ-a bir neçə reysi dayandıracaq. Bu barədə Reuters şirkətə istinadən xəbər verir.
Şirkətin bəyanatında deyilir ki, bu addım “ABŞ-da 5G mobil şəbəkə xidmətlərinin planlaşdırılan tətbiqi ilə bağlı əməliyyat narahatlıqlarına görə” atılıb. İstiqamətlərə Boston, Çikaqo, Dallas, Fort Uort, Hyuston, Mayami, Nyuark, Orlando, San Fransisko və Seattle daxildir.
Aviaşirkət əlavə edib ki, “Emirates”-in Nyu-Yorkun Con Kennedi adına Hava Limanı, Los-Anceles Beynəlxalq Hava Limanı və Vaşinqtonun Dalles Beynəlxalq Hava Limanına uçuşları normal rejimdə davam edəcək.
"Biz əməliyyat problemlərini həll etmək üçün təyyarə istehsalçıları və müvafiq orqanlarla sıx əməkdaşlıq edirik və ABŞ-a uçuşlarımızı mümkün qədər tez bərpa etməyi səbirsizliklə gözləyirik", - aviadaşıyıcı bildirib.
Çərşənbə axşamı günü Ağ ev, uçuşların təhlükəsizliyini təmin edəcək və hava nəqliyyatında maneələri minimuma endirəcək bir 5G tətbiqi həlli tapmaq istədiyini söyləyib.