İran və Rusiya arasında 5 milyard dollarlıq kredit razılaşması imzalanıb - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

İran və Rusiya arasında 5 milyard dollarlıq kredit razılaşması imzalanıb

Dünya A- A A+

İran və Rusiya 5 milyard dollarlıq kredit xəttinin açılması haqqında razılığa gəlib.

EDNews.net-in APA-ya istinadən məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib.

O bildirib ki, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində müsbət razılaşmalar əldə olunub. Onlardan biri də iki ölkə arasında 5 milyard dollarlıq kredit xəttinin açılmasıdır.

O qeyd edib ki, bundan başqa iki ölkə arasında elektrik stansiyalarının tikintisi, İranın Rusiyadan lokomotiv alması, Rəşt-Astara dəmir yolunun tikintisinin təkmilləşdirilməsi və bir neçə digər layihələrin sürətləndirilməsi haqqında razılıq əldə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...