Rusiyaya tank üzərində mesaj verən XİN başçısı Moskvaya səfər edəcək - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Rusiyaya tank üzərində mesaj verən XİN başçısı Moskvaya səfər edəcək

Dünya A- A A+

Rusiya tərəfi Böyük Britaniyanın xarici işlər naziri Liz Trussun Moskvaya səfərlə bağlı müraciətini qəbul edib.

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, səfər cari ilin fevralında planlaşdırılıb.

Britaniya xarici işlər naziri Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfər etməklə bağlı müraciət edib. Moskva səfərin fevralda baş tutmasına razılıq verib.

Qeyd edək ki, “The Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadən 2021-ci ilin sentyabrında vəzifəsinə başlayan L. Trussun fevralın əvvəlində Rusiyaya səfər edə biləcəyi haqqında məlumat paylaşıb. Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib ki, Moskvaya L. Trussun səfəri ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Xatırladaq ki, Böyük Britaniya xarici işlər nazirləri 2017-ci ildən sonra Rusiyaya səfər etməyiblər.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...