Kütləvi ölümlərlə başa çatan genişmiqyaslı etirazlardan sonra Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kürəkəni respublikanın hazırkı rəhbəri Qasım-Jomart Tokayevlə görüşüb.
Ednews xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” telegram-kanalı məlumat yayıb
"Timur Kulibayevanın Tokayev və qazaxıstanlı iş adamları ilə görüşdüyü dəqiqləşdirilir. O, bundan əvvəl "Atameken" Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsində çalışıb"- xəbərdə belə deyilir.
30 illik eks-prezidentin bu günlərdə vəzifəsindən istefa vermiş yaxın qohumu ilə hazırkı Qazaxıstan prezidenti arasında görüşün hansı məqsəd daşıdığı və nə ilə nəticələndiyi haqda hələlik məlumat verilmir.