Günəşin qarşısını almayın! Alimlər Bill Qeytsin iqlimi idarə etməsini istəmirlər...

Dünya 21:29 23.01.2022

Bu yaxınlarda iqlimşünaslar və idarəetmə ekspertlərindən ibarət böyük bir qrup günəş geomühəndisliyi texnologiyalarına qadağa qoyulması təşəbbüsü ilə çıxış ediblər. Açıq məktubda onlar BMT-yə müraciət edərək izah ediblər ki, Günəşi “qaraltmaq” cəhdləri son dərəcə təhlükəlidir və bu sahədə aparılan təcrübələr gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Ednews Moderator.az-a istinadən bildirir ki, petisiya ilk növbədə milyarder Bill Qeytsə qarşı yönəlib. Belə ki, o, İsveçin Arktika hissəsinə günəş şüalarını buraxmayan hissəciklərdən ibarət bulud yaratmağı planlaşdıran SCoPEx layihəsini dəstəkləyir və maliyyələşdirir. Planlaşdırıldığı kimi, bu hissəciklər soyutma effektinə səbəb olmalı və havanın temperaturunu aşağı salmalıdır. Təcrübə müəllifləri hesab edirlər ki, texnologiya planetin miqyasına ekstrapolyasiya edilərsə, o, qlobal istiləşməni dayandıra bilər.

Yer kürəsini elmi şəkildə necə soyutmaq olar?

19-cu əsrin sonundan etibarən planetdə havanın orta temperaturu 1,1°C yüksəlib. Müxtəlif iqlim modelləri yumşaq tədbirlər görüləcəyi təqdirdə (istixana qazlarının azaldılması, yaşıl enerjinin inkişafı, meşələrin bərpası) bu əsrin sonuna qədər havanın temperaturunun 2°C, hər şey olduğu kimi qaldığı təqdirdə isə 4°C yüksələcəyini proqnozlaşdırır. Bunun nəticələri isə kədərli ola bilər - Dünya okeanının səviyyəsi qalxar, sahilyanı şəhərlər su altında qalar, hər cür təbii fəlakətlər, kütləvi miqrasiya, ölüm halları artar və s.

İstiləşmə prosesini ləngitmək, hətta onu geri qaytarmaq üçün alimlər günəş radiasiyasını “bloklamaq” və onun Yerin iqliminə mənfi təsirini azaltmaq üçün nəzərdə tutulan müxtəlif layihələr təklif edirlər. Bu tədbirlər toplusu geomühəndislik adlanır.

İdeyalar boldur. Bir çoxları dəniz suyunu xüsusi qurğu vasitəsilə atmosferdən yuxarı səpərək buludlar yaratmağı təklif edirlər. Digərləri okeanı dəmir ionları ilə doyurmağı (bu, planktonu atmosferdən karbon qazını daha intensiv udmaq üçün stimullaşdırır), bəziləri isə Arktikada süni şəkildə buz əmələ gətirməyi (bu, günəş şüalarını əks etdirərək okeanın istiləşməsinin qarşısını alacaq) təklif edirlər. Kosmosla bağlı ideyalar da var. Məsələn, oraya günəş işığının bir hissəsini Yerdən yayındıracaq nəhəng bir qurğunun yerləşdirilməsi. Və ya planetin səthinə nəhəng kölgə salacaq peyklər qrupunun asılması.

1991-ci ildə Filippində Pinatubo vulkanı püskürmüşdü. Bu, Yerdəki orta temperaturun bir ildə 0,5°C azalmasına gətirib çıxaran günəş işığının qarşını effektiv şəkildə alan kül hissəciklərinin stratosferə buraxılmasına səbəb oldu. Alimlər qərara gəldilər ki, təbiətin özü onlara planeti necə soyutmağın yollarını göstərir. Əgər atmosferə hər hansı bir növ zərərsiz aerozol səpilərsə, o, günəş işığının qismən qarşısını alar. Texnologiyanı genişləndirməklə qlobal istiləşməni dayandırmaq və bu vaxt çərçivəsində onunla mübarizə aparmaq üçün başqa, ekoloji olaraq daha təmiz və səmərəli üsul tapmaq mümkündür.

Aerozollarla bağlı ideya yeni deyil. Bu, bir neçə onilliklər əvvəl də müzakirə edilib, lakin hər şey nəzəriyyə səviyyəsində olub. 2010-cu ildə isə onun praktikada həyata keçirilməsi ehtimalı ortaya çıxdı. Layihəyə sponsor və himayədar da tapıldı - hər yerdə peyda olmağı bacaran milyarder Bill Qeyts.

Maral yetişdirənlər əleyhinədir!

Bundan əvvəl Qeyts dəniz suyunu səmaya səpən gəmilərin tikintisinə sərmayə qoyub. Onun yeni ideyası stratosferə kalsium karbonat - adi təbaşir səpmək idi. Bu əslində zərərsiz görünür: tərkibi bir çox minerallardan və yumurta qabığından ibarətdir və hətta qida boyası kimi qeydə alınıb. Onun ozon təbəqəsinə və bütövlükdə atmosferin kimyəvi tərkibinə aqressiv təsir göstərməyəcəyi güman edilir.

SCoPEx adlı layihə Harvard Universitetində hazırlanıb. Alimlər tərkibi kalsium karbonat tozlu aerozol balonları qoyulan hava şarını- aerostatı 20 kilometr hündürlüyə qaldırmaq istəyirlər. Hündürlükdə kimyəvi birləşmə səpiləcək və enən zond isə yaranmış buluddan keçərək müxtəlif ölçmələr aparacaq. Növbəti gün həmin aerostatda quraşdırılmış cihazlardan istifadə etməklə alimlər bütün vacib xüsusiyyətləri ölçə biləcəklər: havanın tərkibi, günəş işığının səpilmə parametrləri və s. Bu, texnologiyanın nə qədər təhlükəsiz (və ya əksinə, təhlükəli) olduğunu və atmosferdə hansı dəyişikliklər yaratdığını aydınlaşdıracaq. Effekt təsirli olarsa, onun miqyasının genişləndirilməsi haqqında danışıla bilər.

Təcrübənin görünən təhlükəsizliyinə baxmayaraq (söhbət 20 kilometr hündürlükdə cəmi 2 kiloqram təbaşirdən gedir), onun müəllifləri Amerika ictimaiyyətinin etirazı ilə qarşılaşdılar. Bunu ABŞ-da həyata keçirməyin mümkün olmayacağını anlayaraq, üzlərini ekoloji qavrama ​​baxımından daha qabaqcıl ölkələrə - xüsusən də İsveçə çevirdilər. Qreta Tunberqin vətənində onlara yaşıl işıq yandırılıb. Təcrübənin qütb dairəsinin arxasında həyata keçirilməsi qərara alınıb. Təcrübə əvvəlcə 2019-cu il üçün nəzərdə tutulsa da, sonradan bir neçə dəfə təxirə salınıb. Keçən yay yenidən uğursuzluqla üzləşdi: Laplandiyanın maral yetişdirən yerli saam xalqının nümayəndələri buna qarşı etiraz çıxışlarına qalxdılar. Onlar sınaqların qadağan edilməsi tələbi ilə İsveç hakimiyyətinə müraciət etdilər.

İndi isə Bill Qeyts güvəndiyi adamlar - iqlimşünaslar və siyasi xadimlər tərəfindən zərbə alıb. İdarəetmə sahəsinin 46 alim və eksperti geomühəndislik texnologiyalarının təhlükələrini izah edən açıq məktub imzalayıb.

İş iki kiloluq təbaşir tozunda deyil

“Günəş geomühəndisliyinin riskləri zəif başa düşülür və heç vaxt tam olaraq bilinə bilməz. Təsirlər regionlara görə dəyişəcək və hava, kənd təsərrüfatı, əsas qida və su ehtiyaclarına təsirlərlə bağlı qeyri-müəyyənliklər var”, - deyə məktubda deyilir.

Mütəxəssislər təklif edirlər ki, aerozol səpilməsi Yer səthinə çatan günəş radiasiyasını azaltsa belə, mənfi təsirlər texnologiyanın faydalarından daha çox ola bilər. Cənubi Asiya və Qərbi Afrikada musson yağışları kəsilə bilər, bu da məhsulun tələf olmasına səbəb olar. Amerikanın ən böyük çayları dayazlaşar və quruyar.

Oxşar narahatlıqlar əvvəllər də dilə gətirilib. “Nature Geoscience” jurnalı xəbərdarlıq edib ki, aerozolların stratosferə səpilməsi okeanların istiləşməsinə və səviyyəsinin daha da yüksəlməsinə səbəb ola, ekstremal hava hadisələri arta bilər.

Aydındır ki, elmi ictimaiyyət Bill Qeytsin stratosferə atmaq niyyətində olduğu iki kilo əzilmiş təbaşirdən deyil, bu və digər oxşar texnologiyaların miqyasını genişləndirərkən yarana biləcək nəticələrdən qorxur. Buna görə də iqlimşünaslar iddialı milyarderlərin, özəl şirkətlərin və hətta dövlətlərin riskli iqlim təcrübələrini maliyyələşdirməsinə və həyata keçirməsinə mane olacaq beynəlxalq razılaşmaya çağırırlar.

BMT Baş Assambleyasının planetar miqyasda geomühəndislik texnologiyalarının tətbiqinə nəzarət edə bilmədiyini qeyd edən ekspertlər onu “təcili siyasi fəaliyyətə” çağırırlar. “Hökumətlər və Birləşmiş Millətlər Təşkilatı gecikmədən effektiv siyasi nəzarəti ələ keçirməli və günəş geomühəndisliyi texnologiyalarının inkişafını məhdudlaşdırmalıdır. Biz bu cür texnologiyaların məhz planetar miqyasda inkişafı və tətbiqinə qarşı yönəlmiş Günəş geomühəndisliyindən istifadə edilməməsinə dair Beynəlxalq Sazişin tərəfdarıyıq”, - deyə ekspertlər bildirirlər.

Petisiya müəllifləri vurğulayırlar ki, çox güman ki, “demokratik nəzarətin etibarlı vasitələri və görünməmiş məcburiyyət gücü” ilə tamamilə yeni beynəlxalq təşkilatlar yaratmaq lazım gələcək. Əks halda, geomühəndislik və bu sahədəki layihələr böyük siyasətin alətlərinə çevrilə bilər - əslində, iqlimə antropogen təsir nəzəriyyəsi ilə bu artıq baş verib.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı