Türkiyə "Bayraktar Akıncı"nın tədarükü üçün ilk ixrac müqaviləsini imzalayıb - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Türkiyə "Bayraktar Akıncı"nın tədarükü üçün ilk ixrac müqaviləsini imzalayıb

Dünya A- A A+

Türkiyə "Bayraktar Akıncı" döyüş pilotsuz uçan aparatlarının (PUA) ixracına dair ilk müqaviləni imzalayıb.

Ednews xəbər verir ki, bu barədə “Baykar Makina” İHA istehsalçısının baş direktoru Haluk Bayraktar bildirib.

“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.

Onun mühərrikləri Ukrayna tərəfindən tədarük ediləcək. Müqaviləyə əsasən tədarük 2023-cü ilə planlaşdırılır.

Bayraktar, həmçinin "Bayraktar TB-2 PUA-larına tələbatın artdığını da qeyd edib. Onların alınması üçün 16 ölkə ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə son illərdə təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. Hazırda "Bayraktar TB-2" PUA-larını istifadə edən altı dövlət var: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu tip PUA-lardan Qarabağ, Suriya və Liviyada döyüş əməliyyatlarında istifadə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...