"Taliban" Norveçdə Əfqanıstana humanitar yardımla bağlı danışıqlara başlayıb - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

"Taliban" Norveçdə Əfqanıstana humanitar yardımla bağlı danışıqlara başlayıb

Dünya A- A A+

Norveçin paytaxtı Osloda "Taliban" nümayəndələri ilə Əfqanıstan xalqına humanitar yardımın göstərilməsi ilə bağlı danışıqlar başlayıb.

Ednews "Report"-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Taliban" nümayəndə heyətinə xarici işlər naziri Əmir Xan Müttəki rəhbərlik edir.

Görüşlər Oslodakı oteldə bağlı qapılar arxasında aparılır. Danışıqlar üç gün davam edəcək.

Bundan əvvəl Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, danışıqlar üçün bu təklif "Taliban"ı qanuniləşdirmək və ya tanımaq kimi qəbul edilməməlidir.

"Biz ölkənin faktiki hakimiyyət orqanları ilə danışmalıyıq. Siyasi vəziyyətin daha böyük humanitar fəlakətə səbəb olmasına imkan verə bilmərik", - Norveçin xarici işlər naziri Anniken Huitfeldt bildirib.

Daha əvvəl "talib"lər Qətər, İran, Pakistan, Çin, Rusiya və Türkmənistanda danışıqlarda iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...