Kremldən Ərdoğan-Putin görüşü barədə - AÇIQLAMA - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Kremldən Ərdoğan-Putin görüşü barədə - AÇIQLAMA

Dünya A- A A+

“Kreml Rusiya Prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşün mümkünlüyü barədə konkret məlumata malik deyil”.

Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl qeyd edib ki, tezliklə Ukraynaya səfər etmək niyyətindədir. O, həmçinin Vladimir Putinlə telefonla danışmağı və yaxud Moskvaya səfər etməyi də istisna etməyib.

Xatırladaq ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının sözlərinə görə, Ərdoğan Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskini iki ölkə arasındakı fikir ayrılıqlarını müzakirə və nizamlamaq üçün Türkiyəyə dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...