Norveçdə ABŞ və Aİ nümayəndələri "Taliban"la Əfqanıstandakı vəziyyəti müzakirə edib - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Norveçdə ABŞ və Aİ nümayəndələri "Taliban"la Əfqanıstandakı vəziyyəti müzakirə edib

Dünya A- A A+

“Taliban” hərəkatının nümayəndələri Norveçin paytaxtı Oslo şəhərində ABŞ və Avropa İttifaqına üzv dövlətlərin təmsilçiləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Ednews xəbər verir ki, bu barədə Əfqanıstandakı müvəqqəti “Taliban” hökuməti Xarici İşlər Nazirliyinin sözçüsü Abdul Kahhar Belhi KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müvəqqəti hökumətin xarici işlər naziri Əmirxan Müttəki Osloda ABŞ və Avropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə Əfqanıstandakı son vəziyyəti müzakirə edib.

Məlumata görə, görüşdə Əfqanıstandakı iqtisadi, humanitar, təhlükəsizlik, səhiyyə sahəsindəki vəziyyət və Mərkəzi Bankın fəaliyyətindən bəhs edilib.

Qeyd edək ki, Norveç Xarici İşlər Nazirliyi “Taliban” nümayəndələrinin yanvarln 23-25-də Osloya dəvət edildyi barədə açıqlama yaymışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...