Polşa Belarusla sərhəddə hasar çəkir - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Polşa Belarusla sərhəddə hasar çəkir

Dünya A- A A+

Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb.

Ednews “Report”-a istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb.

“Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, - məlumatda deyilir.

Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur.

Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya girməyə çalışsalar da, bu mümkün olmayıb. Polşa hakimiyyəti hərbçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrini, eləcə də hərbi texnikanı sərhədə göndərib.

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, 2021-ci ilin payızının əvvəlindən Belarusdan sərhədi qanunsuz keçməyə 20 minə yaxın cəhd qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...