Rusiya səfiri KTMT-nın Qazaxıstanda həyata keçirdiyi əməliyyatdan danışıb - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Rusiya səfiri KTMT-nın Qazaxıstanda həyata keçirdiyi əməliyyatdan danışıb

Dünya A- A A+

"Qazaxıstanda baş verənlərlə bağlı Prezident Tokayev KTMT-nin iclasında ətraflı şəkilə məlumat verib. Bu iqtisadi məslələrlə bağlı etiraz idi, lakin sonra bu məsələ ikinci plana keçdi və ölkədə iğtişaşlar başladı".

Ednews-in məlumatına görə, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda həyata keçirdiyi əməliyyata toxunub.

“KTMT-nin üzvü olaraq Qazaxıstan blokun razılaşmasındakı müvafiq bəndə uyğun olaraq yardım istədi. Ora göndərilən KTMT qüvvələri strateji və humanitar əhəmiyyətli obyektləri mühafizə edirdi. Ölkədə vəziyyət sabitləşdikdən sonra ora göndərilən qüvvələr Qazaxıstanı tərk etdi. Rusiya ilə yanaşı digər qonşu ölklərə də Qazaxıstana dəstək verdi.

Səfir bildirib ki, KTMT-nın Qazaxıstana köməyi lazım idi və məsələ koordinasiyalı şəkildə həll olunub.

Boçarnikov yekun nəticə olaraq KTMT-nın operativ şəkildə çətinliklərə cavab verə biləcəyini nümayiş etdirdiyini əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...