Lavrov Zelenskini Rusiyaya dəvət etdi - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Lavrov Zelenskini Rusiyaya dəvət etdi

Dünya A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya səfərə dəvət edib.

Ednews-un xəbərinə görə, Rusiya xarici işlər naziri bu barədə yerli radiostansiyalara müsahibəsində bildirib.

O qeyd edib ki, əgər Vladimir Zelenski Rusiya ilə münasibətləri normallaşdırmaq məsələsini müzakirə etmək istəyirsə, Rusiya tərəfi buna hazırdır. Zelenski Moskva, Soçi və ya Sankt-Peterburqa gələ bilər.

“Lakin o, əgər Donbası müzakirə etmək istəyirsə, “Normandiya formatı”nın qərarına əsasən, birbaşa Kiyev və Donetsk, Kiyev və Luqansk arasında bütün nizamlanma məsələlərini nəzərdən keçirən təmas qrupuna müraciət etsin”, - Lavrov vurğulayıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...