Bağdad hava limanı atəşə tutuldu - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Bağdad hava limanı atəşə tutuldu

Dünya A- A A+
İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı atəşə tutulub.
 
Ednews xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrinin mətbuat xidməti bildirib.
 
Qeyd olunur ki, hava limanı ərazisinə altı raket buraxılıb. Raketlərin uçuş-eniş zolağının və aeroport binasının yaxınlığına düşdüyü deyilir. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
 
Hazırda insidentlə bağlı araşdırmalar aparılır. Bağdadın qərbindəki Əbu-Qreyb rayonunda raket qurğusu aşkar edilib.
 
Atəşin kimlər tərəfindən açıldığı hələlik məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...