Yəmənin mərkəzindəki Marib əyalətində husilərin basdırdıqları minanın partlaması nəticəsində 3 nəfər həlak olub.
Ednews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölənlər bir mülki şəxs və iki istehkamçıdır.
Məsələ ilə bağlı hökumət qüvvələri və husi üsyançıları heç bir açıqlama verməyib.
Qeyd edək ki, Marib əyalətinə nəzarət bir neçə gün əvvəl hökumət qüvvələrinə keçmişdi.