Kanadada koronavirus ilə bağlı baş verən etirazlar səbəbindən ölkənin baş naziri Castin Trüdo Ottavadan qaçaraq gizli bir yerə aparılıb.
Ednews xəbər verir ki, yüzlərlə sürücü ABŞ sərhədini keçmək üçün tələb olunan peyvənd zərurətini etiraz etmək məqsədilə yük maşınlarını Kanadanın mərkəzinə sürüb.
Etirazların nə zamanadək davam edəcəyi isə məlum deyil.
Xatırladaq ki, noyabrda Ağ Evdən edilən açıqlamada Kanada və Meksikadan yalnızca tam peyvənd olunan şəxslərin ABŞ-a gəlməsinə icazə veriləcəyi bildirilib. Sürücülər isə bu qərara etiraz edirlər.
Aysel Bədəlova