"Qərbin Rusiyaya qarşı sanksiyaları Avropanın enerji sektorunu sarsıdacaq."
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, bu sözləri Hindistanın Daily News and Analysis qəzetinin eksperti Amit Bansal deyib.
Ekspertin proqnozuna görə, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunarsa, Avropa ciddi enerji böhranı ilə üzləşəcək.
Müşahidəçinin fikrincə, Brüssel tərəfindən məhdudiyyətlərin tətbiqi region dövlətlərinin Yaxın Şərqdən xammalı baha qiymətə alıb tankerlərlə çatdırmalı olmasına gətirib çıxaracaq. Onun fikrincə bu, Aİ üçün əsl başağrısına çevriləcək.
"Rusiyaya qarşı istənilən belə addım bütün Avropanın enerji təhlükəsizliyini pozacaq." - deyə ekspert bildirib.