“Mən bütün dünya liderlərini, Əfqanıstanda hakimiyyətdə olanları qadınlara və vətəndaş cəmiyyətinə qarşı rəftarlarına görə məsuliyyətə cəlb etməyə çağırıram”
Ednews xəbər verir ki, bu sözləri BMT-nin xoşməramlı səfiri Ancelina Coli deyib. O, bu mesajı Avropa Parlamentində keçirilən “Əfqan qadınları günləri” tədbirinin açılışı zamanı yolladığı video mesajında bildirib.
Xoşməramlı səfir qadınlara və qadınların rəhbərlik etdiyi təşkilatlara humanitar yardımın çatmasının vacibliyinə diqqət çəkib.
Xatırladaq ki, Ancelina Coliyə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən “xoşməramlı səfir” ünvanı verilib.
Aysel Bədəlova