Məşhur kapitan Ceyms Kukun istifadə etdiyi “Endeavour” gəmisi düz 250 il sonra ABŞ-ın “Rhode Island” sahillərində tapılıb.
Ednews xəbər verir ki, gəminin sahildən 500 metr aralıda, səthdən 14 metr dərinlikdə yerləşdiyi açıqlanıb.
Səyyah 1770-ci ildə Avstraliyanın şərq sahillərini aşkar etməzdən əvvəl Cənubi Sakit Okean ətrafında dolaşmaq üçün gəmidən istifadə edib.
Xatırladaq ki, “Endeavour” gəmisi haqqında sonuncu məlumat 1778-ci ildə əldə edilib.
Aysel Bədəlova