Liviyanın şimal-şərqində yerləşən Əl-Marca şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik alverçilərini külli miqdarda həşişlə saxlayıblar.
Ednews Ukrayna mediasına istinadla xəbər verir ki, bu haqda Liviyanın "The Libya Observer" nəşri məlumat yayıb.
Amma təəccüblüdür ki, qadağan olunmuş maddələr Rusiya prezidenti Vladimir Putinin əksinin yapışdırıldığı bağlamalara yığılıb.
Maraqlı cəhət ondan ibarətdir ki, əvvəllər oxşar narkotik göndərişləri Livanda saxlanılsa da, üzərlərindəki təsvir başqa bir şəxsə - məşhur Latın Amerikalı narkobaron Pablo Eskobara aid olub.
Putinin şəkillərinin narkotiklərin üzərinə yapışdırılmağa başlanmasının səbəbi hələ aydın deyil...