Rusiyanın S-400 zenit sistemləri Birlik Dövlətinin reaksiya qüvvələrinin təftişi zamanı Brest qalasındakı poliqonda döyüş növbətçiliyinə başlayı.
Ednews "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
“Şərq Hərbi Dairəsinin (VVO) S-400 zenit-raket kompleksinin döyüş ekipajları təlim poliqonunda Belarus Respublikası və Rusiya Federasiyasının Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyinə keçiblər, - məlumatda deyilir.