ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, S.Lavrov amerikalı diplomata ABŞ-ın Ukraynaya qarşı “Rusiyanın təcavüzü” başlıqlı təbliğat kampaniyasının təxribat xarakterli olduğunu deyib.
Rusiya XİN rəhbəri əlavə edib ki, NATO-nin şərqə doğru genişlənməməsi ölkəsinin qırmızı xəttidir.