Fransa Prezidenti Emmanuel Makronun Rusiya Dövlət başçısı Vladimir Putinə Ukrayna ilə bağlı “Finlandiyalaşma” seçimini təklif etdiyi ortaya çıxıb.
Ednews xəbər verir ki, Makron Ukrayna Dövlət başçısı Zelenski ilə olan görüşündən sonra bu fikrindən dönüb.
Qeyd edək ki, 2-ci Dünya Müharibəsinin bitməsindən 3 il sonra Finlandiya şərq qonşusu olan keçmiş Sovet İttifaqı ilə saziş imzalayıb. Sazişdə Helsinkinin neytrallığı, NATO-ya qoşulmayacağı təsbit olunub və bu, onillər boyunca bu ölkənin siyasətinə təsir göstərib. Buradan “Finlandiyalaşma” termini yaranıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Makron və Putin Ukrayna krizi ilə bağlı Kremlin sarayında görüşüb.
Aysel Bədəlova