Türkiyənin Ədliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətlilərindən Ankaranın daha əvvəl beynəlxalq axtarışa verdiyi kriminal avtoritet Sedat Pekerin ekstradisiyasını tələb edib.
Ednews xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyi BƏƏ-yə göndərdiyi məktubda Əmirlikdə yaşayan Sedat Pekerin ekstradisiyasını istəyib.
Sedat Peker məşhur türk mafiozudur. Bir neçə ay əvvəl o, Türkiyədən qaçıb və BƏƏ-dən yaydığı video mesajları ilə yadda qalıb.
Bundan əvvəl Bursa və Anadolu Ağır Cəza Məhkəməsi onun həbsi üçün qərar çıxarmışdı. Daha sonra o, beynəlxalq axtarışa verilib.