Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Ednews xəbər verir ki, bu barədə Ursula fon der Leyen tviter hesabında yazıb.
"Mən onu əmin etdim ki, biz mümkün qədər çox dəstək vermək istəyirik. Bunun üçün çalışırıq. Rusiya əməlinin əvəzini ödəyəcək” - paylaşımda deyilir.