Rusiyalı milyarder Roman Abramoviç Rusiya və Ukrayna arasında danışıqlara kömək etmək istəyir.
Ednews “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, iş adamı Belarusa Ukrayna tərəfinin xahişi ilə gəlib.
“Mən təsdiq edə bilərəm ki, Ukrayna tərəfi münaqişənin sülh yolu ilə nizamlanmasına dəstək vermək üçün Roman Abramoviçə müraciət edib və o, kömək etməyə çalışır”, deyə iş adamının nümayəndəsi bildirib.
Qeyd edək ki, o, Abramoviçin Belarusda olması ilə bağlı məlumatı şərh etməyib.