Baltik Dənizi Dövlətləri Şurasının üzvləri yekdilliklə Rusiyanın təşkilatın işində sonrakı iştirakdan kənarlaşdırılması barədə qərar qəbul ediblər.
Ednews xəbər verir ki, bu barədə Norveç hökumətinin saytı məlumat yayıb.
“Biz - təşkilatın digər 11 üzvü Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dəstəkləməyi artıq mümkün hesab etmədiyimiz zaman Rusiyanın yaratdığı vəziyyət dərin təəssüf hissi doğurur”, - Norveçin xarici işlər naziri Anniken Quitfeldt deyib.
O, qeyd edib ki, rəsmi Moskva beynəlxalq hüquqa əməl etməyə başlayana qədər Rusiya təşkilat daxilində ünsiyyətdən kənarda qalacaq. Müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Gələcəkdə onunla əməkdaşlıq etməyəcəklər.