Kanada hökuməti Ukraynadakı münaqişəyə görə daha 10 Rusiya vətəndaşına sanksiya tətbiq edib.
Ednews-un xəbərinə görə, bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib.
Kanada hökumətinin saytında yer alan siyahıda Rusiya prezidentinin sözçüsü Dmitri Peskov, RT-nin rəhbəri Marqarita Simonyan, aparıcı Vladimir Solovyov, Birinci kanalın baş direktoru Konstantin Ernst, biznesmen Oleq Deripaska və daha 5 nəfərin adı yer alır.