Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb.
Ednews xəbər verir ki, o, bu barədə yaydığı müraciətdə hazırda ona sağlam düşüncə, sağlamlıq və güc lazımdır deyə qeyd edib:
“2014-cü ildən Ukraynanı müdafiə edən gürcü döyüşçülərdən məktub almışam. Onlar məndən aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Eyni xahiş daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir. Buna görə də aclıq aksiyasını 20-ci günündə dayandırıram. Biz qələbəni tam hazırlıqlı vəziyyətdə qarşılamalıyıq”.
Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb.