Ukrayna prezidenti Vladimir Zelenski ölkədə Rusiya vətəndaşlarının əmlakının dəyərinə görə heç bir kompensasiya alınmadan məcburi həbs edilməsini nəzərdə tutan qanunu imzalayıb.
Ednews Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb .
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ali Radası tərəfindən qəbul edilmiş “Ukraynada Rusiya Federasiyasının və onun sakinlərinin mülkiyyət hüquqları obyektlərinin məcburi zəbt edilməsinin əsas prinsipləri haqqında” qanunu imzalayıb”, - deyə məlumatda qeyd edilib.