Amerikanın “Tesla” və “SpaceX” şirkətləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə inflyasiya təzyiqi ilə üzləşib.
Ednews xəbər verir ki, bu barədə hər iki şirkətin təsisçisi İlon Mask “Twitter” hesabında məlumat verib.
"Tesla və SpaceX xammal və logistika sahəsində ciddi inflyasiya təzyiqləri ilə üzləşir" - deyə Mask qeyd edib.
Sahibkar həmçinin abunəçilərindən inflyasiyanın yaxın bir neçə ildə hansı dəyərlərə çatacağını düşündüklərini soruşub.
Qeyd edək ki, ABŞ Əmək Departamentinin məlumatına görə, fevral ayında ölkədə son 12 ayda istehlak qiymətləri indeksi 7,9%-ə çatıb ki, bu da 1982-ci ilin yanvarından bəri ən yüksək göstəricidir.
Fevralda istehlak qiymətləri aylıq olaraq 0,8% artıb. Qurumun məlumatına görə, ən çox benzin, mənzil və ərzaq məhsulları bahalaşıb.