"Ukraynadakı müsəlmanlar Ramazan ayında əllərində silahla ölkəni qorumalı olacaq" Zelenski

Dünya 09:17 27.03.2022
Ukrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib.
 
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.
 
Çıxışına Qətəri salamlayaraq başlayan Zelenski deyib:
 
“Sizə bildiyiniz şəkildə müraciət etmək istəyirəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur. Çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.
 
Rusiya Ukraynanı aldıqdan sonra dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməz. Rusiya sülh içində yaşanmayan dövrlərin geri qaytarılmasını istəyir. Siz xalqınız arasında ədalətin olmasını təmin etmək üçün əlinizdən gələni edirsiniz, lakin biz 31 gündür ədalət axtarırıq. Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədalətli deyil. Rusiyanın Ukraynaya etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər”.
 
Ukraynadakı məscidlərin də Rusiya bombardmanlarından zərər gördüyünü bildirən Zelenski əlavə edib: “Şəhərlərimizə baxın, xüsusilə dağıntı və ağrı ilə dolu olan Mariupol şəhəri. Ukrayna müxtəlif millətlərə və dinlərə ev sahibliyi edən bir ölkədir. Ukraynada bir milyondan çox müsəlman yaşayır və Rusiya raketləri bütün xalqımızı təhdid edir. Təkcə Mariupol şəhərində 4 000 müsəlman var idi. Mariupol məscidlərində 3 həftədir ki, aralarında uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var”.
 
O, qeyd edib ki, bütün yollar bağlıdır və Rusiya ordusu humanitar yardımın həmin əraziyə daxil olmasına mane olur:
 
“Hazırda heç nə yoxdur. Gecə-gündüz bombalayırlar və şəhərin 90 faizi dağıdılıb. Burada 1 000 insan həyatını itirdi, amma Rusiya buna görə heç bir cəza almadı. O, müsəlmanların yaşadığı Krımın işğalına görə də cəzalandırılmayıb. Bu 31 günlük işğal zamanı məscid və kilsələr də daxil olmaqla 59 ibadət yeri, 200 məktəb və onlarla xəstəxana dağıdılıb. Yenə 10 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb və 3,5 milyondan çox ukraynalı ölkəsini tərk etməli olub. Üstəlik, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu, qaçqın böhranı hesab olunur. Amma əsl böhran qarşıdadır”.
 
Ukrayna lideri qeyd edib ki, yaxın günlərdə Ramazan ayı başlayır: “Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac duymuruq. Bütün dünya bunu bilir və hörmət edir. Ukrayna müsəlmanları Ramazan ayında əllərində silahla ölkələrini və azadlıqlarını qorumalı olacaqlar. Biz birlikdə daha çox çalışıb Ramazan ayının Rusiyaya sülh istəməsi ilə kölgədə qalmamasını təmin etməliyik. Biz beynəlxalq asayişi təkcə Ukrayna üçün deyil, hamı üçün qorumalıyıq. Əfqanıstandan başlayaraq, İraq, Suriya, Yəmən və Somalidə sülh üçün çalışmalıyıq. Yaşasın Ukrayna”.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı