“Zelenski Putinin şərtlərinə əməl etsə...” - Politoloq Ukrayna Rusiya münaqişəsinin gizli məqamlarından DANIŞDI - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

“Zelenski Putinin şərtlərinə əməl etsə...” - Politoloq Ukrayna Rusiya münaqişəsinin gizli məqamlarından DANIŞDI

Dünya A- A A+
Martın 29-da İstanbul şəhərində Ukrayna Rusiya arasında baş tutacaq danışıqlardan əvvəl Vladimir Zelenski hər kəsi təəccübləndirən bir açıqlama verib. Dövlət başçısı müəyyən şərtlərin yerinə yetiriləcəyi təqdirdə Rusiyanın qoyduğu tələbləri qəbul edəcəyini açıqlayıb. 
 
Bəzi siyasi analitiklər isə Qərbin Ukrayna cəbhəsində Rusiyaya uduzduğunu söyləyir. 
 
Qərb həqiqətənmi müharibədə uğursuzluğa düçar olub?
 
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev bildirib ki, bu halda Zelenskinin geri addım atması zəruridir. O, bu barədə Ednews-a danışarkən deyib. Onun sözlərinə görə, hətta Ukrayna lideri bunun üçün çox gecikib.
 
 
“Zelenskini oyuna salan Avropa İttifaqı, ABŞ və digər Qərb qüvvələrinin onu tək buraxmasına və NATO-nun da dəstəyindən məhrum olmasına görə dövlət başçısı umduğunu əldə edə bilmədi. Ukraynadakı dağıdılmış infrastrukturu, yanacaq-energetika bazasını və hərbi hava qüvvələrinin enməsi üçün havalimanlarının olmamasını nəzərə alaraq, deyə bilərik ki, ölkə ayrılan maddi yardımların 10 qatını artıq itirib. Zelenski atəşkəsin elan olunmasını istəsə də, bu gecikmiş bir qərardır”. 
 
Siyasi analitik bu münaqişənin digər tərəflərindən də danışıb. O, bildirib ki, Rusiyanın bu münaqişədə başqa planları da var. 
 
“Rusiya həmin 3 şərtə əməl edərək, müvəqqəti olaraq atəşkəs elan edərək bu müddət ərzində Marixovu, ardınca Nikolay və Odessanı ələ keçirməyi planlşdırır. Ukrayna Rusiya ilə hər hansı bir razılaşmaya getsə, sahib olduğu siyasi qələbəni də əldən verəcək və bir dövlət kimi iflasa uğrayacaq”. 
 
Ukrayna və digər ölkələrin gələcəyi...
 
C.Nuriyevin proqnozlarına görə, Zelenskinin bu addımı Rusiyanı daha da irəli getməyə həvəsləndirəcək.
 
“Zelenski tərəfindən atılan bu addım ilə Rusiya daha təhlükəli bir müstəviyə keçəcək və bu onun missiyalarını gücləndirəcək. Moldovanın Dnestryanı ərazisində rus ordusu olduğundan, çox güman ki, Ukraynadan sonra Rusiyanın hücum edəcəyi ilk ölkə Latviya olacaq. Bununla yanaşı, Aİ də qiymətlər yüksələcəyindən iqtisadi cəhətdən çökəcək. Çünki, Avropanın bütün aqrar sektoru, sənayesi Rusiyadan alınan ucuz xammal hesabına inkişaf edirdi. Avro da qiyməti 1.2$-dan 0.8$-a enərək dəyərdən düşəcək”.
 
Aysel Bədəlova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...