Zelenskinin ailəsi prezident igamətgahını tərk etdi - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Zelenskinin ailəsi prezident igamətgahını tərk etdi

Dünya A- A A+
Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı və uşaqlarının (Aleksandra və Kiril adlı iki övladı var) Prezident Aparatının binasında onunla birlikdə qalması qadağan edilib. Müharibə başlayandan prezident ailəsi ilə ancaq telefonla əlaqə saxlayıb.
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya “Vogue” nəşrinə müsahibəsində bildirib.
 
"İlk günlərdə ümid edirdim ki, biz onunla qala bilərik. Amma prezident aparatı hərbi obyektə çevrildi və bizə orada uşaqlarla qalmağı qadağan etdilər. Təhlükəsiz yerə köçmək əmri verildi. Onsuz da indi Ukraynanın harasında təhlükəsiz yer tapılar? O vaxtdan biz Volodimirlə ancaq telefonla əlaqə saxlayırıq”.
 
Onun sözlərinə görə, işğaldan bir gün əvvəl ailə adi işlərlə məşğul olub:
 
“Lakin gərgin idik, çünki hər yerdə işğal haqqında çox danışılırdı. Səhər saat 4-5 arasında qapının döyülməsindən oyandım. Partlayış olduğunu dərhal anlamadım. Ərim yataqda deyildi. Amma ayağa qalxanda dərhal onun kostyum geyindiyini gördüm. "Başladı". Onun dediyi tək söz bu oldu”, - deyə o qeyd edib.
 
“Həmin vaxt uşaqlara görə narahat oldum. Ərim əlavə təlimatları gözləməyi xahiş etdi, zəruri əşyaları və sənədləri toplamağı tövsiyə etdi və evdən çıxdı" deyə Zelenskaya bildirib.
 
Qeyd edək ki, Ukraynada müharibə 47-ci gündür ki, davam edir. Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, Rusiya ordusunun hücumunun ikinci mərhələsi artıq başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə aprelin 11-də səhər saatlarında Rusiyanın şərqdəki hücumunun yaxın günlərdə başlayacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...