Ərdoğan və Zelenski Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Ərdoğan və Zelenski Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Türkiyə Prezident Administrasiyasının verdiyi məlumata görə, hər iki dövlət rəhbəri telefon danışığında müharibədə baş verən son hadisələr və danışıqlar prosesi ilə bağlı müzakirələr aparıblar.

Prezident Ərdoğan danışıqlarda vasitəçilik daxil olmaqla, Ukraynaya bütün lazımi köməyi göstərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Ukraynanın təhlükəsizliyinə zəmanət verilməsi məsələsinə müsbət yanaşır.

Bundan başqa, Ərdoğan müharibə bölgəsi Mariupoldan dinc sakinlərin təxliyə edilməsinin vacibliyini vurğulayıb.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...